Erməni taksi sürücüsü sevgili cütlüyü güllələdi - Moskvada
Ermənilərin dünyada törətdikləri vəhşiliklər onların həqiqi simasını ifşa etməkdədir. Növbəti belə bir insident Rusiyanın paytaxtında baş verib. Rusiyada müvəqqəti qeydiyyatda olan 48 yaşlı Ermənistan vətəndaşı Moskvanın qərbində yerli sakinlərlə qarşı terror hərəkəti edib.
Mediapress.az «Комсомольская правда»ya yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, gecə saatlarında gənc cütlük Krılatsk rayonundakı ticarət mərkəzinin yaxınlığında taksi saxlamaq üçün küçəyə çıxıb. Taksi sürücüsü ilə qiymət danışdıqdan sonra sərnişinlər avtomobilə oturublar. Lakin gözlənilmədən sürücü onlara danışdıqları qiymətdən artıq ödəniş etməli olduqlarını bildirib. Sərnişinlər salondan düşdükdən sonra sürücü qızla oğlanı nalayiq şəkildə təhqir edərək maşını bir qədər irəli sürüb və aşağı düşərək onlara tərəf yaxınlaşıb. Üstündə gəzdirdiyi travmatik silahla gözlənilmədən onlara tərəf bir neçə dəfə atəş açıb. Xoşbəxtlikdən gənclər hadisə yerindən uzaqlaşa biliblər və xəsarət almayıblar. Odinsovo rayonunda müvəqqəti qeydiyyatda olan erməni sürücü isə polislər tərəfindən həbs edilib. Onun barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.