Cinayətkar Robert Koçaryanın həbs müddəti artırıldı - İlahi ədalət prinsipi
1727
Azərbaycana və azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, lakin Ermənistanın rəhbəri olduğu üçün uzun illər cəzasız qalan Robert Koçaryan törətdiyi başqa bir cinayətə görə Ermənistanda məhbus həyatı yaşayır.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, bu gün məhkəmənin qərarı ilə onun həbs müddəti uzadılıb. Hakim Artur Mkrtçyanın qərarı ilə Ermənistanın ikinci prezidenti Robert Kiçaryan yekun hökm oxunana qədər təcridxanada saxlanılacaq.
Qeyd edək ki, 7 dekabrda Apelyasiya məhkəməsi R.Koçaryanın vəkillərinin vəsatətini rədd edərək birinci instansiyasının həbs haqqında qərarını qüvvədə saxlayıb. Robert Koçaryan vəzifə səlahiyyətlərini aşmaqda və konstitusion quruluşun zorla dəyişilməsinə cəhddə ittiham olunur.