Ermənistanın dövlət borcu durmadan artır - Maliyyə nazirliyinin hesabatı
Ermənistan respublikasının dövlət borcu artmaqda davam edir. Mediapress.az bu ölkənin maliyyə nazirliyinin rəsmi açıqlamasına yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, 2017-ci ilin 31 dekabr tarixinə bu borc 3 trln
279,6 mlrd dram təşkil edirdisə, 2018-ci ilin analoji tarixinə 3 trln 349 mlrd dram təşkil edib. Başqa sözlə desək, qonşu ölkənin bu ilin əvvəlinə olan dövlət borcu 6 mlrd 922,9 milyon ABŞ dolları həcmindədir. Bu isə borcun 148,3 mln ABŞ dolları və ya 2,2% artması deməkdir. Nazirliyin sənədində o da bildirilir ki, dövlət borcunun ödənilməsi üçün 2020 və 2025-ci illər büdcə üçün olduqca ağır illər olacaq. Belə ki, həmin illərdə 800 mln və 750 mln dollar borcun ödənilməsi üçün hökumət öhdəlik götürüb. 2019-cu ildə isə 300 mln dolların ödənilməsi nəzərdə tutulur.