Ermənistanda bu gecə itlərin kütləvi qətliamı həyata keçiriləcək - Heyvansevərlər narazıdırlar
Ermənistanın Çkalovka kəndinin rəhbərliyi bu gün axşam saatlarından sonra əhaliyə evdən bayıra çıxmamaq haqda təlimat verib. Mediapress.az Çkalovka kənd icmasının Facebook səhifəsinə yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, gecə saat 00:00-dan sabah səhər saat 06:00-a qədər kənddəki sahibsiz küçə itləri güllələnəcək: “Təhlükəsizlik və xoşagəlməz insidentlərin qarşısının alınması məqsədilə sakinlərdən xahiş olunur ki, ev itlərini zəncirləsinlər və küçəyə çıxışını məhdudlaşdırsınlar. Əks halda, küçədə olan bütün itlər sahibsiz kimi qiymətləndiriləcək və sorğu-sualsız güllələnəcək”, - deyə kənd inzibatçıları sakinlərə xəbərdarlıq ediblər.
Qeyd edək ki, nəzərdə tutulan aksiya və onun sərt təqdimatı heyvansevərlər tərəfindən kəskin tənqidlərə məruz qalıb.