\
24 Noyabr 2024 - Bazar günü

“1 mart” qırğını kütləvi həbslərə səbəb olacaq - Ermənistanda ordu-xalq qarşıdurması

“1 mart” qırğını kütləvi həbslərə səbəb olacaq - Ermənistanda ordu-xalq qarşıdurması
1683baxış

Ermənistanda “1 mart” hadisələri ilə bağlı araşdırmalar davam edir. Mediapress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin sabiq rəhbəri Robert Koçaryanın həbsindən sonra sabiq müdafiə naziri Seyran Ohanyanın, baş qərargah rəisi Yuriy Xaçaturovun və başqalarının həbsi məsələsi gündəmə gətirilib. Y.Xaçaturov artıq pul girovu əsasında müvəqqəti azadlığa buraxılıb.  Seyran Ohanyanın sözlərinə görə, bəzi qüvvələr ölkədə elə bir vəziyyət yaratmağa çalışırlar ki, ordu ilə xalq üz-üzə qalsın.

Yerli “Past” qəzetinin məlumatına görə, Xüsusi İstintaq Xidməti ötən ilin 16 iyun tarixindən bəri “1 mart” hadisələri ilə bağlı əhalidən əlavə dəlillər toplamağa başlayıb. Münaqişənin tərəfləri kimi dinc əhalini təmsil edən vətəndaşlar və ordu mənsubları təqdim olunur.

Ermənistan ordusunun yaranmasının 27-ci ildönümü münasibətilə keçirilmiş tədbirdə ölkənin hazırkı müdafiə naziri David Tonoyan “1 mart” hadisələrinin ictimai müzakirəsinin əsgərlərə mənfi təsir etdiyini bildirib.