\
24 Noyabr 2024 - Bazar günü

"Azərbaycan Ermənistanı internetsiz qoya bilər" - Ermənistan mətbuatının iddiası

"Azərbaycan Ermənistanı internetsiz qoya bilər" - Ermənistan mətbuatının iddiası
1949baxış

Ermənistanın internet məkanı təhlükə altındadır. Mediapress.az yerli “Qraparak” qəzetinə yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, qəzetin iddiasına görə, bu təhlükə olduqca realdır. Belə ki, Azərbaycan hökuməti ilə bütün Qafqazı internetlə təchiz edən Gürcüstanın «Caucasus Online» şirkəti arasında 1200 km uzunluğunda optik kabelin alınması barədə danışıqlar gedir. Bu danışıqlar həyata keçərsə, Azərbaycan internet üzərindən kəşfiyyat işlərini rahatlıqla həyata keçirəcək və lazım bildikləri zaman Ermənistanı internetsiz qoyacaqlar.

Məlumatda o da bildirilir ki, Ermənistanın yeni hökuməti qabaqlayıcı tədbirlər haqda ciddi fikirləşmirlər. Hazırkı dövrdə ölkəni alternativ internetlə təchiz edə biləcək hər hansı bir provayder yoxdur.