"Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həllində konsensusa gəlib" - Rusiya Xarici İşlər Nazirliyi - VİDEO
Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində vahid fikrə gələ bilib. Mediapress.az News.am-a istinadən xəbər verir ki, bunu 30 yanvarda İrəvanda A.S.Qriboyedovun büstünün təntənəli açılış mərasimində Rusiya XİN-nin müavini Qriqoriy Karasin jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, istisnasız bütün vasitəçi ölkələr problemin güc yolu ilə həllini inkar edirlər. ABŞ, RF və Fransanın timsalında Aİ münaqişə edən iki ölkə arasında dialoqların intensivləşməsini alqışlayırlar. “Bu cür görüşlərin hesabına aradakı gərginlik xeyli aradan götürülüb və vəziyyət proqnozlaşdırıla biləndir. Qarşıda yeni görüşlər gözlənilir. İstər XİN rəhbərləri, istərsə də ölkə liderləri arasındakı görüşlərə lazımi hazırlıq görülməlidir. Substantiv olmaq, real nəticələr almaq və irəli getmək üçün Qarabağ münaqişəsi ətrafında vəziyyət sakit və proqnozlaşdırıla bilən olmalıdır”, - deyə Kreml rəsmisi açıqlama verib. O, görüşlərdə müəyyən nəticələr əldə edildiyini də sözlərinə əlavə edib.