Rusiyalı erməni biznesmenlər N,Paşinyanla görüşdən imtina etdilər - Korlanan erməni-rus münasibətləri fonunda
Ermənistanda 2018-ci ildə baş tutmuş iqtidar dəyişikliyindən sonra erməni-rus münasibətləri kəskin şəkildə korlanıb və stabilliyini itirib. Odur ki, erməni mənşəli rusiyalı iş adamları Ermənistanda cərəyan edən proseslərə ehtiyatla yanaşırlar. Son zamanlar Ermənistanda rus kapitalı nəinki artır, əksinə, ölkəni tərk etməyə başlayıb.
Mediapress.az yerli “Past” qəzetinə yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, erməni mənşəli rusiyalı biznesmenlər tarixi vətənlərdəki hadisələrə seyrçi mövqeyində qalıblar. Hətta N.Paşinyan bu günlərdə Moskvada işgüzar səfərdə olarkən iş adamı həmyerliləri ilə görüş təşkil etmək istəyib, lakin Kamo Avaqumyan və Samvel Karapetyan kimi biznesmenlər bu görüşdən qəti şəkildə imtina ediblər. Qəzetin məlumatına görə, həmin şəxslər köhnə iqtidarın zamanında Ermənistan iqtisadiyyatına ciddi yatırımlar ediblər.