Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı daha bir AÇIQLAMA
1621
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb.
Dövlət Komissiyasından Mediapress.az-a verilən məlumata görə, hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi gündən etibarən komissiyanın diqqət mərkəzindədir.
E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanmış, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılıb.
"Daxil olan məlumata əsasən, 19 mart 2019-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları saxlandığı xəstəxanada E.İbrahimova baş çəkmişlər. E.İbrahimovun səhhətində hər hansı problemin olmadığı və qarşı tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsinin davam etdirildiyi bildirilir", komissiyadan bildirilib.
Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.