\
24 Noyabr 2024 - Bazar günü

Səhiyyə nazirinin müavini həbs edilib - Ermənistanda

Səhiyyə nazirinin müavini həbs edilib - Ermənistanda
1067baxış

Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub.  Yerevan məhkəməsi nazir müavini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

A.Davtyan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

“Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə S.Qalstyan vurğulayıb.

Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti A.Davtyanı ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət aldığına görə tutmuşdu.  

Mediapress.az