\
25 Noyabr 2024 - Bazar ertəsi

Ordumuz 1 erməni hərbçini öldürdü, 2-sini yaraladı - Cəbhədə təxribat

Ordumuz 1 erməni hərbçini öldürdü, 2-sini yaraladı - Cəbhədə təxribat
1730baxış
Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
 
MN-dən Mediapress.az-a verilən məlumata görə, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
 
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.
 
Düşmən geri çəkilməyə məcbur edilib.
 
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.