\
24 Noyabr 2024 - Bazar günü

Sarkisyanın qardaşı oğlu Çexiyadan Ermənistana ekstradisiya ediləcək

Sarkisyanın qardaşı oğlu Çexiyadan Ermənistana ekstradisiya ediləcək
1667baxış

Çexiyanın paytaxtı Praqa şəhərinin məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Naerk Sarkisyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarkisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib. Ermənistanda S.Sarkisyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb. (report)

Mediapress.az