Erməni nazirin istefası qəbul olundu
1744
Ermənistan prezidenti Armen Sərkisyan iyunun 12-si axşam Artak Zeynalyanı ədliyyə naziri postundan çıxarıb. Artak Zeynalyan iyunun 7-də istefa vermişdi.
Novator.az bildirir ki, 1969-cu ildə Yerevanda doğulan Artak Zeynalyan Ermənistan Tibb Universitetini, Milli Səhiyyə İnstitutunu, Ermənistan İdarəçilik Akademiyasını, Qladzor İdarəçilik Universitetini bitirib.
1998-2001-ci illərdə səhiyyə nazirinin müavini postunu tutub, sonralar hüquq müdafiə təşkilatlarında çalışıb.
2017-2018-ci illərdə parlamentin deputatı olub. Ədliyyə naziri postuna 2018-ci il mayın 12-də gətirilmişdi.