Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir
1660
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Bu barədə KİV-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulmuşdur.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.