“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin ilk günü uğurla başa çatıb - VİDEO - FOTOLAR
1040
Beyləqan hərbi birliyində 2019-cu ilin ikinci “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə start verilib. Gənc vətənpərvərlər, Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi və bölgənin müdafiəsində dayanan hərbi birliyin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, qarşısına qızılgül çələngi qoyulub.
lAbidə qarşısında Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək, Beyləqan rayonunun tarixi, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı cənab İlham Əliyevin bu bölgəyə səfərləri, beyləqanlıların həm əmək, həm də döyüş cəbhəsində göstərdiyi qəhrəmanlıqlar barədə ətraflı məlumat verib.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlayaraq belə bir möhtəşəm vətənpərvərlik tədbirinin məhz Beyləqan rayon ərazisində təşkil edilməsindən qürur duyduqlarını və düşərgənin yüksək səviyyədə təşkili üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirib.
General-mayor Mayis Bərxudarov bu kimi tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətini qeyd edib. Əbədiyaşar Ali Baş komandan Heydər Əliyevin müdrik kəlamını xatırlayan general-mayor Mayis Bərxudarov nəzərə çatdırıb ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə birləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü Ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə hazır ola bilər. Bu mənada "Hərbiyyə" hərbi vətənpərvərlik düşərgəsi gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsini, Azərbaycan Ordusuna böyük sevgi aşılanmasını, orduya fiziki və mənəvi cəhətdən ləyaqətli oğulların hazırlanmasını, onlarda hərbi peşələrə maraq oyadılmasını, silah-sursat və texnikanın dərindən öyrənilməsini, şanlı döyüş tariximizin təbliğini qarşısına məqsəd qoyub.
General əlavə edib ki, hərbi birliyin ən təcrübəli, peşəkar, döyüşlərdən çıxmış hərbi qulluqçuları bir həftə ərzində müxtəlif mövzularda məşğələlər, təlimlər keçəcək və öyrəndikləri nəzəri bilikləri təcrübədə tətbiq edəcəklər. Ümumiyyətlə, gənclər əsl əsgər həyatı yaşayaraq, fəxri döyüş növbəsində dayanacaqlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bundan əvvəl Gədəbəy rayonunda, indi isə Beyləqanda düşərgənin qarşısına qoyduğu vətənpərvərlik missiyasının yerinə yetirilməsində göstərilən köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib və bütün bu layihələrin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daimi dəstəyini yüksək dəyərləndirib.
Gənc vətənpərvərlər cəbhəyanı bölgədəki hərbi hissələrdən birində yaradılan və hər cür şəraiti olan düşərgəyə gedərək orada əsgərlərlə birlikdə nahar edib və düşərgənin açılışına həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər.
Xüsusi zövqlə tərtib olunmuş və döyüş texnikaları yerləşdirilmiş sıra meydanında düşərgənin açılışına həsr olunmuş təntənəli mərasim başlanıb.
Əvvəlcə respublikanın 10-dan çox bölgəsini təmsil edən gənc vətənpərvərlər “Cəbrayıl”, “Qubadlı”, “Xocavənd”, “Xocalı”, “Ağdərə” adlarını daşıyan komandaların bayraqları altında təntənəli mərasimə dəvət ediliblər.
Təntənəli mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, bu sayca dördüncü düşərgədir. Növbəti düşərgə Bakının işğaldan azad edilməsinin 101-ci il dönümünə həsr olunub. İki gün öncə "ASAN Könüllüləri" təşkilatı şərti olaraq gənc vətənpərvərlərə hərbi düşərgə üçün səfərbərlik elan etmiş və bir neçə saat ərzində iki minə yaxın gənc vətənpərvər cəbhə bölgəsində hərbi düşərgəyə getməyə hazır olduqlarını bildirmişlər. Onlardan yalnız 101 nəfəri düşərgəyə cəlb edilmişdi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, general-mayor Mayis Bərxudarov, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, "ASAN Könüllüləri" təşkilatının sədri Səbinə Cabarova, Qarabağ müharibəsinin qaziləri və digər qonaqlar çıxış edərək gənc vətənpərvərlərə düşərgənin fəaliyyətində uğurlar arzulayıblar.
Sonra Azərbaycanın əməkdar artisti Nizami Abdullayev, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti, eləcə də Elşən və Səma Sadıqovların rəhbərlik etdikləri ''Səma'' rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xüsusi təyinatlılar və kəşfiyyatçılar nümunəvi çıxışları ilə tədbir iştirakçılarını heyrətləndiriblər.
Şam yeməyindən sonra düşərgə iştirakçıları polkovnik Elşad Əbilovun apardığı ''Heydər Əliyev Azərbaycan Ordusunun memarıdır'' mövzusunda ictimai-siyasi hazırlıq dərsində iştirak ediblər.
Düşərgənin ilk günü uğurla başa çatıb.