\
25 Noyabr 2024 - Bazar ertəsi

Helsinq Komitəsi: “Ermənistanda konstitusiya və demokratiya yoxdur”

Helsinq Komitəsi: “Ermənistanda konstitusiya və demokratiya yoxdur”
1727baxış

“Ölkədə prezidentin yerinə monarxdır, indi isə onun idarə edə biləcəyi baş nazir institutu formalaşdırılır”

İnsan hüquqları üzrə Helsinq Komitəsinin Yerevan ofisi üzrə rəhbəri Ermənistanda növbəti prezident seçkiləri barədə neqativ çıxış edib. Tert.am-ın məlumatına görə, yerli ofisin rəhbəri, hüquq müdafiəçisi Avetik İşxanyan ölkədə nəzərdə tutulan konstitusiya dəyişiklərini və bu dəyişiklərdən irəli gələn idarəetmə üsulunu kəskin tənqid edib. “1995-ci il referendumundan başlayaraq mən parlament idarə üsulunun tərəfdarı olmuşam. Çünki bizdəki prezident idarə üsulu hakimiyyətin düzgün bölgüsünü təmin etmək yerinə bir mərkəzdən idarə olunan vahid sistemə çevrilib”, - deyə açıqlama verən hüquq müdafiəçisi sonuncu konstitusiya dəyişikliyinin qaranlıq məqsədlər güddüyünü dilə gətirib. Lakin bu barədə açıqlama vermək istəmədiyini bəyan edib. O, Ermənistan konstitusiyasının ümumiyyətlə konstitusiya olmadığını deməklə kifayətlənib. Avetik İşxanyan əsas qanunda yeni dəyişikləri təhlil edərkən Ermənistanda demokratik idarəetmənin olmadığını, insan hüquqlarının qorunması üçün hüquqi bazanın olmadığını deməklə kifayətlənib. Çıxışının sonunda Helsinq Komitəsinin Yerevan ofisi üzrə rəhbəri Ermənistan respublikasındakı sonuncu siyasi dəyişikləri belə adlandırıb: “Biz prezident monarxiya idarəçiliyindən tək partiyalı idarə üsuluna keçmişik. Ölkədə prezidentin yerinə monarxdır, indi isə onun idarə edə biləcəyi baş nazir institutu formalaşdırılır”.

Mediapress.az