Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
1649
Ermənistanda hərbi xidmət zamanı xəstələnən keçmiş istehkamçı Üçmüədzin şəhərində ona verilən mənzilini yandırıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Armavir vilayət məhkəməsində Ş.Maratın cinayət işinin məhkəmə istintaqı başa çatıb.
36 yaşlı Ş.Marata qarşı yandırma yolu ilə böyük həcmdə əmlaka ziyan vurma üzrə ittiham irəli sürülüb. Məhkəmə onun törətdiyi cinayət əməllərini sübut olunmuş hesab edib.
İttiham edilən Ş.Marat uzun illər boyu Ermənistan MN-in mühəndis-istehkam hərbi hissəsində istehkamçı kimi xidmət edib. 3 il əvvəl ona hərbi xidmətdə xəstələndiyinə görə əlillik verilib və hərbi xidmətə yararsız hesab edilib.
2017-ci ildən 2018-ci ilin payız aylarının sonunadək Ş. Marat əlliliyə görə 37 min 240 dram təqaüd alıb. Lakin 2018-ci ilin payız aylarının sonundan etibarən əlillik təqaüdünün ödənilməsi naməlum səbəblərdən dayandırılıb. O, müxtəlif dövlət qurumlarına müraciət edib, lakin məsələ həll edilməyib.
İttihama əsasən, dövlət qurumlarının diqqətini öz probleminə cəlb etmək məqsədilə Ş.Marat 2018-ci il 3 oktyabr tarixində saat 17:30 radələrində şüurlu şəkildə mənzilinə od vurub. Bununla da 1 milyon 116 min dram dəyərində olan daşınmaz əmlaka ziyan vurub.
Keçmiş erməni hərbçi, Ş.Marat ona qarşı sürülən ittihamda özünü tam günahkar hesab edib. O, mühəndis-istehkam hərbi hissəsində istehkamçı kimi xidmət etdiyini bildirib. Sadəcə emosional olduğuna görə, onu hərbi xidmətdən xidmət ərzində xəstəlik əldə etməsi ilə bağlı uzaqlaşdırıb, təqaüd təyin etdiklərini vurğulayıb.
Təqaüdü kəsildikdən sonra, müvafiq orqanlara müraciət etdiyini bildirib. Etiraz olaraq, mənzilinə od vurduğunu etiraf edib. Evdən çıxıb gəzməyə gedib, saat 21:00 radələrində könüllü olaraq mənzilini şüurlu şəkildə yandırması barədə polisə gedərək, məlumat verib.Heç bir dövlət qurumunun onun probleminə diqqət ayırmamasından təəccübləndiyini qeyd edib. Ac uşaq saxlamağın nə demək olduğunu başa salmaq üçün mənzilini yandırmağa qərar verdiyini bildirib. Qonşuluqdakı mənzillərə ziyan vurma niyyətinin olmadığını qeyd edib. 9 yaşlı uşaq onun himayəsindədir.
Məhkəmənin qərarı ilə Ş.Marat törətdiyi əməldə günahkar bilinərək, 2 il müddətinə azadlıqdan mərhum edilib.
Ona qarşı amnistiya aktının müvafiq müddəaları şamil edilərək, cəzanın çəkilməsindən azad edilib.