\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi

Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi
1701baxış

Ermənistan Prezidenti Armen Sərkisyan Ermənistanın Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovu general-mayor rütbəsinə yüksəldib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan prezidentinin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Qriqori Xaçaturov Ermənistanın III ordu korpusunun komandanıdır. Bu korpus Ermənistanın Azərbaycanla sərhədinə nəzarət edir.

Yuri Xaçaturov bir müddət öncə 2008-ci ilin mart hadisələrinin təşkilində və iştirakçısı olmaqda ittiham edilmiş və həbs edilmişdi. Xaçaturov az sonra Rusiyanın təzyiqləri ilə azadlığa buraxılmışdı.