\
24 Oktyabr 2024 - Cümə axşamı

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirdik

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirdik
1680baxış

Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopteri ələ keçirdiyi bildirilir.

Mediapress.az-ın verdiyi məlumata görə, Müdafiə Nazirliyinin məlumatında belə yazılır.

Məlumata görə, olay fevralın 21-də baş verib.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinə aid kvarokopter təmas xəttinin Füzuli istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycanın hərbi bölmələrinin sayıqlığı nəticəsində kvadrokopterin vaxtında aşkar olunduğu, ələ keçirildiyi bildirilir.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə vəziyyətdədir. Bu, münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.