Ermənistanda dünyada ən böyük yezidi məbədi açıldı-FOTO
1545
Ermənistanda sentyabrın 29-da yezidi “ Tovuz mələk və yeddi mələk” ibadətgahının açılışını Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan öz “Facebook” səhifəsində “rəmzi və məntiqli” adlandırılıb.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, işğalçı ölkədə açılan yezidi məbədi dünyada ən böyükdür. Mirzoyan yezidi kürdlərlə ermənilərin birlikdə bir çox tarixi sınaqlardan keçdiyini xatırladıb. Mirzoyan “Ermənistan yezidi xalqı üçün bir evdir” deyib.
Xatırladılır ki, sayı bir milyona yaxın olan yezidi kürdlərin əksəriyyəti Şimali İraqda yaşayır. Ermənistanda isə 20-30 min yezidi yaşayır.
Yezidilərin dini olan yezidilik Zərdüştlük zəminində meydana gəlib və xristianlıq, İslam və Yəhudilik elementlərini ehtiva edir. Yezidilikdə tovuzquşu kimi təsvir olunan Tovuz mələk mələklərin başıdır. Hər bir yezidi Tovuz mələk üçün gündə beş dəfə ibadət etməlidir.