Kəlbəcərli girovlardan ŞAD XƏBƏR – Erməni hərbçilərlə dəyişdirilə bilərlər
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərob və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib.
“Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.
“Dağlıq Qarabağla bağlı məsələyə gəlincə, son vaxtlar təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar da kifayət qədər kiçik insidnetlərdir. Ölənlərin cəsədləri dəyişdirilib, hazırda hər iki tərəfdə saxlanılan vətəndaşların dəyişdirilməsi hazırlanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa sıx və doist şəraitdə çalışır. Hazırda vəziyyət 3 il əvvəlkindən sakirdir, sadəcə siyasi proses dayanıb”.
Xatirladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildən girovluqda saxlanılır.(Modern.az)