\
24 Oktyabr 2024 - Cümə axşamı

Cəbhədə gərginlik! - Düşmən itki verdi

Cəbhədə gərginlik! - Düşmən itki verdi
1735baxış

Dağlıq Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissələrin birində erməni əsgəri ordumuzun açdığı cavab atəşi nəticəsində öldürülüb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

Məlumata görə, öldürülən 1998-ci il təvəllüdlü Qriqor Yeqoyan adlı əsgərdir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

Mediapress.az