\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - - Generaldan şok açıqlama

Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - - Generaldan şok açıqlama
1661baxış
Separatçı DQR-in "Milli Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.
 
Mediapress.az  Virtualaz.org-a istinadən  xəbər verir ki, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə türütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.
 
“Sputnik Ermənistan”ın yazdığına görə, o, həmçinin mətbuat konfransında olanları inandırıb ki, MDB başçılarının Düşənbədəki sammitinin kuluarlarında liftdə Nikol Paşinyan və İlham Əliyevin nə barədə danışdıqlarını bilir.
 
“Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunlar barədə sadə bir səbəbdən danışmadıq. Biz baş nazirin Əliyevlə nə barədə danışdıqlarını təqdim etməsini gözlədik", - deyə separatçı vurğulayıb.
 
 
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçirilib, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər. O vaxt televiziya kameraları İlham Əliyevlə Nikol Paşinyanın eyni liftdə birlikdə qalxdıqları anı qeydə almışdılar.