\
24 Noyabr 2024 - Bazar günü

Ermənistanın Baş Hərbi Müfəttişliyinin rəhbərliyi işdən çıxarılıb

Ermənistanın Baş Hərbi Müfəttişliyinin rəhbərliyi işdən çıxarılıb
1616baxış

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin baş hərbi müfəttişinin birinci müavini Kamo Koçunsu tutduğu vəzifədən azad edib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hərbi müfəttişin müavini Vaçaqan Nersisyan da işdən çıxarılıb. 

Qeyd edək ki, bir müddət əvvəl isə Ermənistanın baş hərbi müfəttişi Movses Akopyan bu vəzifədən kənarlaşdırılıb.