Ermənistanda 17 yaşlı gənc amansızlıqla qətlə yetirilib
1559
Ermənistanda qətl hadisəsi törədilib.
Bu barədə "Report" "Shamshyan.com"a istinadən xəbər verir.
Məlumata görə, hadisə Ararat vilayətində qeydə alınıb. On yeddi yaşlı Masis sakini Edik Beqlaryan boyun və ürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə öldürülüb. Polis onun xəstəxanaya kim tərəfindən gətirildiyini və hadisəni törədəni axtarır.
Qeyd edək ki, bu, gün ərzində ikinci cinayət hadisəsidir. Digər cinayət hadisəsi isə paytaxt Yerevanda törədilib. "News.am"ın məlumatına görə, paytaxtda 15 yaşlı gənc bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.