\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan mətbuat katibini vəzifəsindən azad edib

Paşinyan mətbuat katibini vəzifəsindən azad edib
1869baxış

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat katibi Vladimir Karapetyanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir ki, “Dövlət qulluğu haqqında” qanun rəhbər tutularaq Vladimir Karapetyan baş nazirin mətbuat katibi vəzifəsindən azad edilsin.

Qeyd edək ki, V.Karapetyan baş nazirin mətbuat katibi vəzifəsinə 2019-cu il yanvarın 29-da təyin edilmişdi.