Bəlkə xoşbəxtlikçün doğulmamışam?
1968
Bir anlıq istədim xoşbəxtliyimdən,
Dünyaya car çəkim, aləm eşitsin.
Nə yazıq ki, xoşbəxtliyim
Uzun çəkmədi, bitdi...
Sanki göz qırpımında tükəndi, getdi...
Bəlkə xoşbəxtlikçün doğulmamışam? –
Bəlkə xoşbəxtlik xətti yoxdur alın yazımda?
Amma mən...
İ-na-nı-ram!!!
Namazova Leyla