Ayılın, ay camaat, insan qiymətdən düşür - EMİL TAHİROĞLU
2375
Ayılın, ay camaat, insan qiymətdən düşür...
İşıq pulu yığırıq,
Günəşdən utanmırıq
O nurdan, o alovdan,
Atəşdən utanmırıq.
Suya sayğac qoymuşuq,
Bulaqlar gülür bizə.
“Böyük “işlər görürük
Uşaqlar gülür biz.
Torpağı da satırıq,
Daşa da pul veririk
Hərdən gözlərdən axan
Yaşa da pul veririk.
Maşına pul veririk,
Ata yazığım gəlir.
Sümüklə aldadılan itə yazığım gəlir.
Hər bağın çəpəri var.
Dünyanın çəpəri yox.
Yumurtanı satırıq,
Toyuğun xəbəri yox.
Pulsuz toy etmək çətin,
Pulsuz ölmək də olmur.
Göz yaşın axıb gedir,
Pulsuz gülmək də olmur.
Sata-sata hər şeyi,
Ömür-gün də ötüşür.
Ayılın, ay camaat,
İnsan qiymətdən düşür
Emil TAHİROĞLU