İrəvandakı ABŞ casusları açıqlandı - MKİ-yə çalışan nazirlər
Rusiyanın “Maksalexandrov.livejournal.com” bloqunda ABŞ-ın Ermənistan və Gürcüstan ərazisində fəaliyyət göstərən rezidenturasının siyahısı təqdim edilib.
Siyahıda 20 nəfər şəxsin, eləcə də bir neçə təşkilatın adı yer alıb.
Bloq Ermənistanda çalışan Mərkəzi Kəşfiyyat Xidməti əməkdaşlarının siyahısına aşağıdakı şəxslərin adını daxil edib:
1. Makişa Sova – ABŞ səfirliyinin birinci katibi, MKİ-nin rəsmi nümayəndəsinin müavini;
2. Bredli Filpot - təhlükəsizlik zabiti. Sovanın yaxın adamıdır. Əvvəllər Gürcüstanda çalışıb;
3. Riçard Hetç – səfirliyin ikinci katibi;
4. Couz Lardizabel - səfirliyin ikinci katibi;
5. Adam Kolvin - vitse-konsul.
Ermənistanda fəaliyyət göstərən ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin əməkdaşları sırasında isə bu şəxslərin adı yer alıb:
1. Polkovnik Bryus Mörfi – hərbi attaşe;
2. Mayor Erik Larsen – Hərbi Attaşeliyin əməkdaşı, ABŞ biolaboratoriyalarının Ermənistanda genişləndirilməsi layihələrinin kuratorudur. Bundan öncə Moldova, Ukrayna və Azərbaycanda çalışıb;
3. Mayor Maykl Endryus Beşen - Hərbi Attaşeliyin əməkdaşı, hərbi çevriliş üzrə mütəxəssisdir. Əvvəllər Ukraynada 2013-2016-cı illər arasında çalışıb;
4. Mayor Coşua Malford – Hərbi attaşenin köməkçisidir.
ABŞ-ın Ermənistanda özünün təsir dairəsinə saldığı şəxslər sırasında isə ən yüksək vəzifədə olanlar göstərilib:
1. Vigen Sərkisyan - Ermənistan müdafiə naziri. Təsir dairəsinə 2000-ci ildə Massaçusetsdə Fletçer adına Diplomatiya və Hüquq Məktəbində oxuyan zaman salınıb. Kuratorları Riçard Mils və Bryus Mörfidir;
2. David Tonoyan - Fövqəladə Hallar naziri. 2005-ci ildə Ermənistanın NATO-da daimi nümayəndəsi olanda ələ alınıb. Ermənistanda Amerika biolaboratoriyalarının yaradılması layihəsinin koordinatorudur. Vigen Sərkisyanla sıx əlaqədədir. Kuratoru E.Larsendir;
3. Hayk Kotancyan – Müdafiə Nazirliyinin Milli Tədqiqatlar Universitetinin rəisidir. 1998-ci ilə Marşal adına Təhlükəsizlik Problemlərinin Tədqiqatı üzrə Avropa Mərkəzində staj keçən zaman təsir dairəsinə salınıb. Ermənistanın prezidenti Serj Sərkisyan tərəfindən ona qarşı açılması planlaşdırılan dövlətə xəyanət maddəsi üzrə işin qarşısı alınıb;
4. Mikayıl Minasyan - Ermənistanın Vatikan və Maltadakı səfiridir. Ermənistanın orezidenti Serj Sərkisyanın kürəkənidir;
5. Ara Saqatelyan – Milli Məclis aparatının rəhbəridir. KİV-ə nəzarət edir;
6. Samvel Fərmanyan – Respublika Partiyasının üzvü, Avropaya İnteqrasiya üzrə Daimi Parlament Komitəsinin sədr müavinidir;
7. Aleksan Arutyunyan – Ermənistan Prezident Administrasiyasının sədr müavinidir.
Bloq həmçinin Ermənistanda qeyri-qanuni kəşfiyyat fəaliyyəti həyata keçirən qeyri-hökumət təşkilatlarının da siyahısını təqdim edib. Siyahıda İnformasiyalı Vətəndaşlar İttifaqı, Asparez Jurnalistlər Klubu, Qloballaşma və Regional Əməkdaşlı Analitik Mərkəzi, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi, Erməni Helsinki Komitəsi, İrəvan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzi, Pink Ermənistan, Ermənistan Açıq Cəmiyyət Fondu yer alıb. Belə ki, bu təşkilatlara 2016-2017-ci illər ərzində 1,5 milyard dollar vəsait ayırılıb.
Bloq xarici kəşfiyyat xidmətləri ilə əlaqədə olan KİV-lərin sırasına “Civilnet.am”, “Lragir.am”, “1in.am”, “Sut.am”, “Aravot.am”, “Azatutyun.am” saytlarını və “Armenian Tayms” qəzetini daxil edib.
Bloq həmçinin Gürcüstan ərazisində diplomatik status adı altında kəşfiyyat fəaliyyəti aparan şəxslərin siyahısını da təqdim edib:
1. Polkovnik Cefri Hertman - Hərbi attaşe. Əvvəllər Daşkənddə çalışıb;
2. Polkovnik Metyu Smit - Hərbi Attaşeliyin əməkdaşıdır. İki ölkənin xüsusi qruplarının birgə təlimlərinin koordinatorudur. Hərbi xarakterli kəşfiyyat məlumatlarının toplanmasına cavabdehdir;
3. Maykl MakMakson – Səfirliyin siyasi şöbəsinin birinci katibidir. Siyasi elita və müxalifətdəki nümayəndələrlə qarşılıqlı fəaliyyət aparır. Bunlar sırasında T. Xidaşeli, D.Uzupaşvili və G.Bokeriya da var;
4. Veronika İster Li – Siyasi şöbənin attaşesi. Siyasi xarakterli məlumatlar toplayır, Abxaziya və Cənubi Osetiyanın reinteqrasiya məsələlərini koordinasiya edir, gürcü müxalifətinin aktivistləri ilə əlaqələr qurur;
5. Lari (Maykl) Ledbetter - Səfirliyin ikinci katibi. MKİ zabitidir. Gürcüstan Xarici İşlər Nazirliyinin məmurlarını, İsveçrənin Tiflisdəki səfirliyinin diplomatlarını təsir dairəsinə salır;
6. Aleks Skrank - Səfirliyin birinci katibi. MKİ zabitidir. Abxaziya və Cənubi Osetiyadan informasiya toplanmasına cavabdehdir. Gürcü hökumət orqanları və müxalifətlə əlaqələr qurur;
7. Duqlas Bol - Səfirliyin müşaviri, USAİD-in ölkədəki missiyasının rəhbəridir. Bu təşkilat Gürcüstandakı 40 QHT-yə sponsorluq edir. Bunlar arasında Gənc Vəkillər Assosasiası, İnformasiya Azadlığı İnkişafı İnstitutu, eləcə “Nyu Media İnitiativ” proqramı çərçivəsində gürcü KİV-ləri var.
Xüsusi qeyd: Hər iki ölkədə fəaliyyət göstərən casus şəbəkəsi barədə rus blogerin məlumatının səhih olması müəyyən qədər şübhələr yaradır. Bu, xüsusən Ermənistanın əsas güc orqanının başına ABŞ casusun rəhbərinin gətirilməsi məsələsinə aid edilə bilər. İrəvanın Rusiyanın forpostu olduğunu nəzərə alsaq, bu ölkənin bütün sisteminin, xüsusilə də güc orqanlarının daima Rusiyanın nəzarətində olduğunu deyə bilərik. Vigen Sərkisyanın, eləcə də Ermənistanın Baş Qərargah rəisi Movses Akopyan daha çox Rusiya ilə bağlı şəxslərdir. (axar)