\
24 Noyabr 2024 - Bazar günü

ABŞ: “İranda Suriya hadisələri təkrarlana bilər” - ABŞ-ın proqnozu

ABŞ: “İranda Suriya hadisələri təkrarlana bilər” - ABŞ-ın proqnozu
1703baxış

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi həyəcan təbili çalır

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi  Nikki Heyli İrandakı hadisələrin Suriya münaqişəsinə çevriləcəyindən ehtiyat etdiyini bəyan edib. Bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının İran barədə bugünkü toplantısından öncə yazılı fikirlərini bildirib. “2011-ci ildə dünya onun şahidi oldu ki, qəddar rejim xalqını etiraz hüququndan məhrum edir.  Biz imkan verməməliyik ki, bu, İranda da baş versin”, deyə saat 01:00 radələrində yazılı açıqlama verən N.Heyli İrandakı vəziyyətin ona 2011-ci ildəki Suriyanı xatırlatdığını bildirib. Qeyd edək ki, o zaman xalqın etiraz səsi yatırıldıqdan sonra Suriyada vətəndaş müharibəsi baş qaldırmışdı. 

Xatırladaq ki, İranda qiymət artımına etiraz edən minlərlə insan 28 dekabr tarixindən etiraz aksiyalarına başlayıb. Polislə qarşıdurma zamanı ən azı 20 nəfər həyatını itirib, 450 vətəndaş həbsə alınıb.

Mediapress.az