\
24 Noyabr 2024 - Bazar günü

ABŞ Pakistana yardımını kəsdi - "Daha əzmli və qəti qərarlar verməlidir”

ABŞ Pakistana yardımını kəsdi - "Daha əzmli və qəti  qərarlar verməlidir”
1714baxış

ABŞ Pakistana təhlükəsizlik məsələləri ilə üzrə maliyyə yardımını dayandırır. 

Mediapress.az apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer  Nauert bildirib.

Dayandırılan maliyyə yardımının məbləği açıqlanmır. Onun sözlərinə görə, qərara səbəb Pakistanın terrorçuluqla mübarizədə kifayət qədər səy göstərməməsi olub: “Pakistan daha əzmli və qəti  qərarlar verməlidir”. Hezer  Nauert bundan əvvəl ABŞ-ın Pakistana 255 mln. dollar maliyyə yardımını “dondurduğunu” bildirib.