Makron tarixi hadisəyə görə 80 lideri Parisə yığır
1755
Fransa Prezidenti Emmanuel Makron 80 dövlət başçısını Parisə dəvət etməyi planlaşdırır.
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bunu Makron Yelisey sarayında fransız diplomatlar qarşısında çıxışı zamanı söyləyib.
O, dövlət başçılarını 11 noyabr 2018-ci ildə Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirə dəvət edəcəyini bildirib. Prezidentin sözlərinə görə, bu tarixi dövrü xatırlamaq hər kəsin mənəvi öhdəliyidir.