\
24 Noyabr 2024 - Bazar günü

“Çətin vəziyyətə düşən ermənilər Kardaşyana müraciət etməli oldu” - Hikmət Hacıyev

“Çətin vəziyyətə düşən ermənilər Kardaşyana müraciət etməli oldu” - Hikmət Hacıyev
1070baxış
“Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.
 
Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 
Tovuzda baş verən döyüşlərlə bağlı danışan PA rəsmisi bildirib ki, Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başlayıb. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın atəş məntəqələri qəsdən yaşayış məntəqələrinin içərisində yerləşdirilib: “Bununla da mülki obyektləri hədəfə çevirməyə çalışırdılar. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində bu niyyət də baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən kritik infrastrukturların hədəfə alınması nəzərdə tutulmayıb".