ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib
1680
Pentaqon Suriya nın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mattis bildirib. Nazir deyib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd ejiminə qarşı hava zərbələrini istisna etmir.
Qeyd edək ki, ötən həftə sonu Suriya nın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silahdan istifadə nəticəsində azı 70 nəfər ölüb. Ölənlərin sayının artacağı deyilir. Duma şəhəri Şərqi Qutada müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.