\
23 Noyabr 2024 - Şənbə

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək
2244baxış

Türkiyədə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bir neçə saat sonra həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bunu "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy deyib.

H.Aksoy bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyində baş tutacaq təkbətək görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Mediaya qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Hər iki nazir jurnalistlərin suallarını cavablandıracaq.

M.Cavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəridir.