D.Tramp çinli həmkarını dost adlandırsa da, ondan incik olduğunu bildirdi
Cinin rəhbəri Si Tsizinpin ölkəsinə əcnəbi sərmayəni fəal şəkildə cəlb edəcəklərini bəyan edib. O, Boao şəhərində (Çinin cənubundakı ada əyaləti Xaynan) keçirilən iqtisadi forumun açılışında əcnəbi səramayəyə qucaq açacaqlarını bildirib. Ölkə başçısı əcnəbiləri bank, sığorta və qiymətli kağızlar bazarında da görmək istədiyini bildirib. Həmçinin ölkəyə idxal olunan avtomobillərin rüsumunu aşağı salmağa hazırlaşdıqlarını qeyd edib. Si Tsizinpin ABŞ-la aralarında yaranmış iqtisadi böhranı anaşılmazlıq adlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da bazar günü tvitter hesabında ÇXR və onun rəhbəri haqda xoş sözlər yazıb. O, çinli həmkarı ilə dost əlaqələrində olduğunu bildirib. Bununla belə, D.Tramp Si Tsizinpinlə münasibətlərdə narazı olduğu məqamlara da toxunub. “Çin avtomobilləri ABŞ-a daxil olduqda, 2,5% vergi tutulur. Amerika avtomobilləri Çinə daxil olduqda 25% rüsum ödənilir. Bu, ədalətli ticarətə bənzəyirmi” deyə statusunda sual qoyan ABŞ rəhbəri öz sualına “Yox” deyə cavab verməklə fikrini tamamlayıb.