Estoniyalı deputat: “Seçici fəallığının şahidi olduq”
1703
“Seçkilərdə bütün vətəndaşlar öz hüquqlarında istifadə edərək namizədlərinə sərbəst şəkildə səs verirdilər”.
Mediapress.az xeber verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Estoniya müşahidə missiyasının üzvü, estoniyalı deputat Denis Baroniç deyib.O qeyd edib ki, səsvermə zamanı müşahidə apardıqları məntəqələrdə seçici fəallığının şahidi olub: “Əlbəttə, bu, çox yaxşı haldır. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçki prosesi zamanı heç bir qanun pozuntusunu olmadı. Beynəlxalq müşahidəçilər bütün prosesi şəffaf olaraq izləyə bilirdilər”.(apa)