"Heç bir dovlət diktatorları və tiranları dəstəkləyərək irəli gedə bilməz" - Tramp
ABŞ prezidenti Ağ Evdə Suriyaya qarşı hərbi əməliyyatın başlanmasını bəyan edərkən Rusiyaya müraciət edib.
APA-nın məlumatına görə, bu barədə “NBC News” xəbər verib.
“2013-cü ildə prezident Vladimir Putin və onun hökuməti Suriyanın kimyəvi silahının məhv ediləcəyini dünyaya vəd edib. Lakin silahlar məhv edilməyib. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir. Rusiya qərar verməlidir – “qara yollar”la hərəkət etməyə davam və yaxud sivil ölkələrlə birgə sabitlik və sülhü təmin etmək. İran və Rusiyadan soruşuram: hansı millət, hansı dövlət günahsız kişi, qadın və uşaqların kütləvi qətli ilə əlaqəli olmaq istəyər? Dünya xalqları dəstəklədikləri dostları ilə qiymətləndirilə bilər. Heç bir millət və dövlət qatil diktatorları, amansız tiranları, “izqoy” dövlətləri dəstəkləyərək inkişaf edə bilməz”, - deyə D. Tramp vurğulayıb. (apa)