Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb
1665
Bu gün Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.
apa-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.
Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.