ABŞ rəsmisi Türkiyəyə gedir
1800
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmisi oktyabrın 3-dən 5-dək Ankara və İstanbulda səfərdə olacaq.
Məlumata görə, səfər müddətində Riker türkiyəli rəsmilərlə ABŞ-ın NATO müttəfiqi ilə əlaqələrinin inkişafı, o cümlədən Şərqi Aralıq dənizi və Qafqazdakı vəziyyəti (söhbət Qarabağdakı vəziyyətdən gedir) müzakirə edəcək.
Səfərin gündəliyi barədə əlavə məlumat verilməyib.