\
24 Noyabr 2024 - Bazar günü

Türkiyədən Makrona sərt cavab - Nə Rusiya, nə də ABŞ…

Türkiyədən Makrona sərt cavab - Nə Rusiya, nə də ABŞ…
1736baxış

Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə ilə Rusiyanı ayırdıq” ifadəsinə sərt reaksiya verib.

Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ çıxış edib.

“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə qaçırıq. Qərbin mövqeyi ikiüzlüdür, bizim siyasətimiz doğrunun yanındadır”, - Bozdağ bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.

Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi. (axar)

Mediapress.az