\
23 Noyabr 2024 - Şənbə

Trampın Rusiya ilə əlaqəsi barədə məlumatlar nazirliyə göndərildi

Trampın Rusiya ilə əlaqəsi barədə məlumatlar nazirliyə göndərildi
1724baxış

ABŞ Milli Kəşfiyyat direktoru Con Retklif ABŞ prezidenti Donald Trampa aid edilən Rusiya ilə əlaqələrin araşdırılmasıyla bağlı sənədlərin məxfilikdən çıxarılaraq Ədliyyə Nazirliyinə təhvil verildiyini təsdiqləyib.

 

Qaynarinfo xəbər verir ki, Ratklifin verdiyi məlumata görə, nazirliyə təxminən 1000 səhifə material göndərilib. Milli kəşfiyyatın rəhbəri "Ədliyyə Nazirliyinin tələblərinə dərhal cavab verməyə" davam edəcəyinə söz verib və sənədlərin məxfilikdən çıxarılması ehtimalını qəbul edib.

 

Ratklif ABŞ prezidentinin öz işində "sui-istifadə və siyasi motivasiya" olmadığını göstərmək üçün kəşfiyyat cəmiyyətinin "kifayət qədər şəffaf olmasının gərəkdiyini" "açıq şəkildə" vurğulayıb.