Belarus Ukraynaya nota verdi
1111
Belarus Respublikası Ukraynaya nota verib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynanın Belarusdakı səfiri İqor Kizima XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Buna səbəb Kiyevdə Belarus hökumətinə qarşı keçirilən etiraz aksiyasıdır.
Notada Ukraynada olan Belarus Səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, 1961-ci il Vyana konvensiyasına hörmət edilməsinin vacibliyi vurğulanıb.
“Radikal qruplar səfirlik binası ətrafında qanunsuz nümayiş keçirir, vəzifəmizi yerinə yetirməyə mane olmaqla yanaşı orada çalışan əməkdaşlarımızın, onların ailələrinin həyatlarını təhlükəyə atırlar”,- deyə Belarus XİN açıqlamasında qeyd edib.