\
24 Noyabr 2024 - Bazar günü

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - KREML

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - KREML
1707baxış

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib. 

Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik". (apa)

Mediapress.az