Qənirə Paşayeva bu teleaparıcıdan Azərbaycandan üzr istəməyi tələb etdi - Qarabağı ayrıca respublika kimi təqdim etdiyinə görə
1795
"Bütün Azərbaycanı çox üzdünüz"
ATV kanalının aparıcısı Cem Öğretir millət vəkili Qənirə Paşayevanın üzr tələbinə cavab verib.
Mediapress.az Axar.az-a istiadən xəbər verir ki, Türkiyənin ATV kanalında Dağlıq Qarabağın “dövlət” kimi göstərilməsinə etriaz edən Q.Paşayeva Tvitter üzərindən belə bir mesaj göndərdiyini qeyd edib:
“Ermənistanın işğal etdyi Azərbaycanın Qarabağ bölgəsini ATV-də proqramda ayrıca dövlət kimi söyləyərək, bütün Azərbaycanı çox üzdünüz. Şəhid verdiyim onlarca arkadaşım adına @OgretirCem sizden üzr və xəta yapdığınızı proqramda söyləmənizi gözləyirəm. Qarabağ adlı dövlət yoxdur".
Cem Öğretir isə cavabında üzr istəyib və məqsədinin Azərbaycanı üzmək olmadığını bildirib.