\
24 Noyabr 2024 - Bazar günü

Deputat: “Nə Babək, nə Xətai, nə də Məmməd Əmin Rəsulzadə türk deyil”

Deputat: “Nə Babək, nə Xətai, nə də Məmməd Əmin Rəsulzadə türk deyil”
1937baxış

Deputat Araz Əlizadə teleqraf.com saytına qalmaqallı açıqlamalar verib

Sosial Demokrat Partiyasının sədri Azərbaycanın tarixi simalarının milli kimliyinə dair danışıb.

Sovet dövründə Bakıda yaşayan ermənilərin "çox yaxşı" olduqlarını, Ermənistan ermənilərinin onlara "şuvstvo”, yəni "evrilmiş ermənilər" dediklərini xatırlayan deputat bildirib ki, onun özünün Azərbaycan xalqı üçün heç bir xidməti olmayıb və  siyasətə Qarabağ deyib gəlib.

Rusiyaya meyilli adam kimi qələmə verilməsilə, "beşinci kolon” adlandırılması ilə razılaşmayan A.Əlizadə deyib ki, Rusiyaya meyilli siyasət apardığımı deyən insanlardan hansısa biri Yeltsinə açıq məktub yaza bilərdi: "Mən Yeltsinə açıq məktub yazmışdım ki, istefaya getməlidir. Çünki keçmiş SSRİ-də bütün demokratik hərəkatlar Rusiyadan nümunə götürürdülər. Yeltsinin Rusiyada hakimiyyətdə olması ona gətirib çıxardı ki, yerlərdə demokratiya yoxdur".

Daha sonra deputat deyib ki, "bizim millətçilər Azərbaycan yox, türk millətçiləridirlər: "Biz isə türk deyilik, azərbaycanlıyıq". O, fikrini əsaslandırmaq üçün əlavə edib:  "Götürün antropoloji kitablara baxın. Azərbaycanlılar Hind-Avropa irqinə, türklər isə sarı irqə mənsubdurlar. Antropologiya riyaziyyat kimi dəqiq elmdir. Yeni bir elm var: qaploqrup. Bizdə bununla məşğul olan yoxdur. Amma internetə daxil olun və görərsiniz ki, qana görə hansı millət hansına yaxın və hansı millətdən uzaqdır. Biz türkdilliyik və dünyadakı ən mükəmməl türk dili bizdədir. Amma türk deyilik".

A.Əlizadə əsər istilasına qarşı vuruşmuş qəhrəman Babəkin, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətainin də türk olmadığını iddia edib, Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olduğunu bildirib.

Jurnalistin "Bəs əvvəl kim idi?" sualına deputatın cavabı belə olub: "Özünüz baxın, oxuyun. Elə hamısın mən deməliyəm ki, sabah da məni söyəsiniz? (gülür) Ümumiyyətlə, insan özünü nə sayırsa odur. Siz özünüzə türk deyirsinizsə, türksünüz. Kim özünü moltanı hesab edirsə, moltanıdır... ". 

Mediapress.az