Serqey Şoyqu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən danışdı
“Əgər Türkiyə ilə münasibətlərdən danışırıqsa bizim çox asan olmayan, çox çətin, lakin effektivli birgə əməkdaşlığımız mövcuddur. Çətindir ona görə ki, bizə mane olurlar. Həm də Türkiyənin NATO-ya üzv olması mane olur. Amma öz-özlüyündə deyərdim ki, hətta misilsiz təcrübədir, bir ölkə NATO-ya üzvdür, digər ölkə isə üzv deyil”.
“Report”un məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “
Onun sözlərinə görə, Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar:
“Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada belə zonaların yaradılması, fikrimizcə, bu cür münaqişələrin həllində yeni səhifə və yeni mexanizmdir. Həm də birlikdə terrorçulara qarşı mübarizə aparırıq. Və bir çox keçid məntəqəsini tənzimləyirik və nəzarət edirik, qaçqınlarla birlikdə məşğul oluruq”.
Şoyqu həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən də danışıb:
“Bu çox çətin əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim. Çünki bura çox sayda arqument, element və motiv daxildir”.