Ucarda 12 yaşlı yeniyetmə intihar edib
1566
Ucar rayonunda 12 yaşlı uşaq intihar edib.
Mediapress.az-a Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.
Belə ki, 12 yaşlı kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fakt araşdırılır.