Ermənistanda Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb
1861
Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə fraksiyanın üzvü Edmon Marukyan bildirib. N. Paşinyan deyib ki, baş nazir təyin edilərsə, ilk növbədə qanuni, azad və ədalətli parlament seçkilərinin keçirilməsinə hazırlıqla məşğul olacaq.