\
24 Noyabr 2024 - Bazar günü

Kim Çen In ABŞ prezidenti ilə görüşməyə razılaşdı

Kim Çen In ABŞ prezidenti  ilə görüşməyə razılaşdı
1805baxış

Cənubi Koreya respublikasının prezidenti Mun Çje İn Şimali Koreya rəhbəri Kim Çen Inı ABŞ prezidenti Donald Trampla görüşməyə razı salıb. CNN kanalı etibarlı mənbəyə istinadən xəbər verir ki,  görüş iki Koreya dövlətinin sərhəddində, daha doğrusu, Pxanmuncom kəndində baştutacaq. Ötən həftənin cümə günü Koreya rəhbərlərinin görüşü də məhz həmin adada baş tutmuşdu.

Ehtimal olunur ki, Şimali Koreya və ABŞ rəhbərlərinin görüşü may ayının sonlarında təşkil oluncaq.  

Qeyd edək ki, ABŞ prezidenti iki Koreya dövlətinin zirvə görüşünü bəyəndiyi üçün Cənubi Koreyanın rəhbərindən belə bir görüşü təşkil etməyi xahiş edib.   

Mediapress.az